1990-cı il,
yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə
birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.Sovet Ordusunun
böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya
yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata
keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq
respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin
vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir
şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti
tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə
Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və
zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni
kursantları da daxil etmişdi.
Bakıya yeridilmiş
qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, -
"doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq
keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli
əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda
əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında
snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar,
mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü
avtomat-pulemyot atəşinə tutacaqlar" ("Şit" təşkilatı müstəqil
hərbi ekspertlərinin hesabatından).
Mixail
Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və
erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi
qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən
hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi.
Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri"
hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış
qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili
qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun
çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü
ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün
bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini
kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi
haqqında fərman imzaladı.
SSRİ
Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi
"Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA"
və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının
təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam
yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın,
uşaq var idi.
SSRİ
DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan
televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri
dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan
şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə
minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və
BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı
amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,
öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları
aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə
tuturdular. Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək insan yaralandı,
800-dən çox adam qanunsuz həbs edildi.
Bakıda
fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın
20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Qorbaçovun
Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan
edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə
insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda
olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...
"Qara
Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq
materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və
bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz
indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu
təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi
kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin
gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə
qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə
çalışmalıyıq.
SSRİ
DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının
enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı.
Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Gecə isə qoşun fövqəladə
vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan
tutmağa başladı. Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq
radiosunun", Mirzə Xəzərin əzəmətli səsi Mixail Qorbaçovun informasiya
blokadasını dağıtdı.Şair və publisist
Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: "Yaxşı
yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq
adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər
baxışları ilə yeri yarmaq istəyirdilər - yerə girmək üçün! Qardaşım radio
dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini
eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar
gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan
hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər - 20 yanvarda ölməkdə
olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir
gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə
şəhid oğulları dəfn etmək üçün güc verdi. "Azadlıq"ın 20 yanvardakı
ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və
ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı.
Qorbaçov öz xəlvəti Bakı qanlı "sərgüzəştini" sona çatdıra bilmədi.
Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi "Azadlıq" radiosundan
ABŞ hökumətinə rəsmən şikayət etdi.
Azərbaycanın
azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi
daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli
sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin
onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq
buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun
döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib
çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək
şəhidlik zirvəsinə ucaldılar.
Böyük
itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail
Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı
xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan
xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
1990-cı
ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına
qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən
biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı,
ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan
tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə
yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun
cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Həlak olanlar arasında yetkinlik yaşına
çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və
ətrafındakıların "millətçi ekstremistlər" adlandırdıqları bunlar
idimi?
Yanvarın
20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma
görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda"
qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:
"Fövqəladə
vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və
uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir
daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet
ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır"...
20 Yanvar
və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza
qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına
qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən
ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000 km²-ədək
azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ
hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından
qovulması bu siyasətin mərhələləridir.
1990-cı
ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini,
milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak
olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli
azadlığı, müstəqilliyi üçün yol açdılar...
Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət
uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına
siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi
istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar
hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları
açıq şəkildə bəyan edildi...
Bakının ən
yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə
çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi
təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.
Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi
uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini
ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən
oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır!
Call to create a consultation several days in front of her arrival date, phone 2 hour well before got the hotel name, phone from your lobby received the space number, knock in the entrance, she wide open the i and door realized she was my 100% sort, she check out my Identification, we speak for quite a while, than http://www.yelloyello.com/places/va-beach-city-girls-virginia-beach - VA Beach escorts ask me for taking a shower area to renew whilst she check in using the office. Anessa was putting on a reddish gown rich in heel shoes or boots, perfectly dress. Anessa is really a keeper, any guy who visit her will recurring. The very next time she come back to Chicago i will schedule more time than one hour...it was actually short. Just before she leave for property, i only expect she get back to Chi town.